
DÇ-2026: “Ronaldoya üç qol vura biləcəyini dedim”
“Milan”ın və Portuqaliya millisinin hücumçusu Rafael Leao, yığma komandanın ən yaxşı futbolçusunun Kriştiano Ronaldo olduğunu bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu fikri dünya çempionatında Özbəkistan yığması üzərində 5:0 hesablı qələbədən sonra səsləndirib:
“Ronaldo bizim ən yaxşı oyunçumuzdur və ən yaxşı oyunçu da belə oynayır. Ona üç qol vura biləcəyini dedim, amma təəssüf ki, yalnız iki qol vurdu. Onun bizimlə olmasına görə şadıq”.
41 yaşlı futbolçu özbəklərlə görüşdə iki qola imza atıb.
Portuqaliya millisi iki turdan sonra K qrupunda 4 xalla 2-ci pillədə qərarlaşıb. Komanda son turda qrup lideri Kolumbiya yığması ilə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



