
DÇ-2026: İnfantino su fasiləsi məsələsinə aydınlıq gətirdi
FİFA prezidenti Canni İnfantino 2026-cı il dünya çempionatında su fasilələri zamanı əlavə reklam gəliri əldə edilməsi ilə bağlı iddiaları təkzib edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bütün reklam müqavilələrinin əvvəlcədən bağlandığını və su fasilələrinin yalnız bütün komandalar üçün bərabər oyun şəraiti yaratmaq məqsədi daşıdığını bildirib:
“Buna görə də, bizim üçün bu, maliyyə məsələsi deyil. Bizim üçün bu, sırf idman məsələsidir”.
2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. Turnir tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə baş tutur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



