“Xəzər Lənkəran”ın keçmiş futbolçusu məhkəməyə verilib

“Xəzər Lənkəran”ın keçmiş futbolçusu Önder Deniz Kolqu məhkəməyə verilib.

Komanda.az “Medyabar” nəşrinə istinadən xəbər verir ki, 48 yaşlı keçmiş futbolçu bir qadını evlənmək vədi ilə aldatma və ölümlə hədələməkdə ittiham edilir.

İstanbul şəhərindən olan qadın 6 il əvvəl tanış olduğu keçmiş oyunçudan məhkəməyə müraciət edib. O, bildirib ki, Kolqu onu evlənmək vədi ilə aldadaraq minlərlə lirə pulunu aldıqdan sonra ölümlə hədələyib. Prokurorluq məsələ ilə bağlı cinayət işi açıb.

Şikayət edən xanım özü kimi 4 qadının da eyni halla üzləşdiyini deyib. Vəkil məhkəmədə ifadə verən qadının hədə-qorxuya məruz qaldığını və şübhəli şəxslərin onu izlədiyini söyləyib.

Önder Deniz Kolqu 2004/2005 mövsümündə “Xəzər Lənkəran”ın formasını geyinib və Azərbaycan çempionatının gümüş medalını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button