Federasiya prezidenti Montellanı dəstəklədi

Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu yığmanın dünya çempionatındakı uğursuz çıxışına görə baş məşqçi Vinçenzo Montellanı günahlandırmayıb.

Türkiyə millisi italiyalı mütəxəssisin rəhbərliyi altında DÇ-2026-nın qrup mərhələsində keçirdiyi ilk iki oyunda məğlub olub. Türklər bu görüşlərdə rəqib qapısına 62 zərbə vursalar da, qol hesabını aça bilməyiblər və vaxtından əvvəl pley-off şanslarını itiriblər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Hacıosmanoğlu komandanın və məşqçi heyətinin arxasında olduqlarını bildirib:

“Biz futbolçularımızı və baş məşqçimizi dəstəkləməyə davam edəcəyik. Eyni yolda addımladığımız insanları yolüstü rastlaşdıqlarımızla əvəz etmirik”.

Türkiyə millisi qrup mərhələsində son oyununu ABŞ yığmasına qarşı keçirəcək. Bu qarşılaşma turnir baxımından türklər üçün əhəmiyyət daşımayacaq. ABŞ millisi isə artıq növbəti mərhələyə vəsiqəni təmin edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button