“Volfsburq” Almaniya kubokundan kənarlaşdırıldı

“Volfsburq” komandası Almaniya kubokundan kənarlaşdırılıb.

Komanda.az xəbər verir ki, buna səbəb “Volfsburq”un kubokun ilk mərhələsinin “Proyssen” komandası ilə matçda qaydaları pozaraq, 6 əvəzetmədən istifadə etməsi olub. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşmış və “Volfsburq” əlavə vaxtda 3:1 hesablı qələbə qazanmışdı.

“Volfsburq”un kubokdan kənarlaşdırılmasından sonra “Proyssen” növbəti mərhələyə vəsiqə əldə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button