UEFA-dan Rusiya və Ukrayna ilə bağlı QƏRAR

UEFA Rusiya və Ukrayna ərazisində öz bayrağı altında keçirilməli olan bütün turnirləri təxirə salıb.

Komanda.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb. Bu barədə qərar Avropa futbol qurumunun İcraiyyə Komitəsinin iclasında qəbul edilib.

Bu qərara klub və milli komandaların iştirakı ilə bütün yarışlar daxildir. Hazırda qərar yalnız bir oyuna şamil edilir. Bu, Moskva “Spartak”ının Avropa Liqasının 1/8 finalındakı ev matçıdır.

UEFA, martın 24-də Moskvada Rusiya və Polşa milliləri arasında oynanılacaq dünya çempionatının pley-off mərhələsinin yarımfinal görüşünün də başqa ölkədə keçirilməsi üçün FİFA-ya təzyiq göstərmək niyyətindədir.

Bu qərarların verilməsinə səbəb kimi Rusiyanın Ukraynaya hərbi müdaxiləsi göstərilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button