Türkiyə millisinin üzvü rəsmən “Beşiktaş”da!

Türkiyə çempionu “Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi Türkiyə millisinin hücumçusu Kenan Karamanı transfer edib.

Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Almaniyada dünyaya göz açan Kenan Karaman, peşəkar karyerasına yetirməsi olduğu “Hoffenhaym” klubunda başlayıb. 2014-cü ildə o, bu klubdan ayrılaraq “Hannover”ə üz tutub. 2018-ci ildən isə hücumçu Düsseldorf “Fortuna”sının uğurları üçün çalışırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button