Türkiyə klubunun yeni baş məşqçisi bəlli oldu

Türkiyənin “Dənizlispor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Ali Tandoğan çalışdıracaq.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Tərəflər mövsümün sonuna kimi anlaşıblar.

Ali Tandoğan, son olaraq TFF 1-ci liqa təmsilçisi “Tuzlaspor”u çalışdırıb. O, “Dənizlispor”da öz istəyi ilə postundan ayrılmış Hakan Kutlunu əvəz edib.

“Dənizlispor” bu mövsüm Super Liqada keçirdiyi 33 oyunda cəmi 26 xal toplaya bilib və sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button