“Beşiktaş” sabiq “Fənərbaxça”lı ilə anlaşdı

Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqanın son qalibi “Alanyaspor”da çıxış edən Salih Uçanla razılıq əldə edib. Bu barədə “Beşiktaş”ın vitse-prezidenti Emre Kocadağ açıqlama verib. O, türkiyəli yarımmüdafiəçi ilə razılaşdıqlarını bildirib.

27 yaşlı futbolçu daha əvvəl Türkiyədə “Bucaspor”, “Fənərbaxça”, İtaliyada “Roma”, “Empoli” kimi klublarda çıxış edib.