Türkiyə klubunda baş məşqçi dəyişikliyi

Türkiyənin “Bursaspor” klubunda baş məşqçi dəyişikliyi baş verib.

Komanda.az xəbər verir ki, TFF 1-ci liqa təmsilçisi İbrahim Üzülməzlə yollarını ayırıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Üzülməzin istefasına komandanın uğursuz nəticələri səbəb olub.

Klub rəhbərliyi Üzülməzi Metin Diyadinlə əvəz etmək qərarına gəlib. Hətta 52 yaşlı mütəxəssislə ilkin razılıq da əldə olunub. Lakin klub azarkeşləri bundan xəbər tutaraq, Diyadinin baş məşqçi təyin olunmasına etirazlarını bildiriblər. Bu üzdən də klub rəhbərliyi bu fikrindən daşınmaq məcburiyyətində qalıb.

Əvəzində Bursa təmsilçisi İrfan Buza tapşırılıb. Artıq tərəflər arasında razılıq əldə olunub. Hazırda Almaniyada olan Buz tezliklə İstanbula gələcək və “Bursaspor”la rəsmi müqavilə bağlayacaq.

Qeyd edək ki, “Bursaspor” 29 oyuna topladığı 46 xalla üçüncü pillədə qərarlaşıb.