“Turan Tovuz”da seminar

Bu gün “Turan Tovuz” Futbol Akademiyasının U-19, U-17, U-16 və U-15 komandalarının məşqçi və futbolçu heyəti üçün klubun danışılmış oyunlara qarşı mübarizə üzrə məsul şəxsi Xəyal Qarayev tərəfindən “Danışılmış oyunlara qarşı mübarizə” mövzusunda seminar keçirilib.

Komanda.az xəbər verir ki, seminarda futbolun adını ləkəyən danışılmış oyunlar haqda maarifləndirici söhbətlər aparılıb, hesabat xarakterli təqdimatlar edilib, xüsusi videoçarxlar nümayiş etdirilib.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button