“Turan Tovuz” 3 min manat cərimə edildi

AFFA İntizam Komitəsi “Turan Tovuz”u 3000 manat cərimələyib.

Komanda.az xəbər verir ki, Tovuz təmsilçisinin “Kəpəz”ə 1:2 hesabı ilə uduzduğu Premyer Liqanın 19-cu turunun oyununda yaşananlar səbəb olub.

Klub azarkeşlərin pirotexniki vasitədən istifadə etməsinə görə 1500, futbolçusu Faiq Hacıyevin birbaşa qırmızı vərəqə alması ucbatından 1500 manat ödəyəcək. Hacıyevə bir oyun şərti olmaqla iki matçlıq cəza da kəsilib.

İntizam Komitəsi “Səbail” və “Sumqayıt”ı 700 manat cərimələyib. Paytaxt klubunun 4 oyunçusu “Zirə” (0:0) ilə matçda, “gənclik şəhəri” təmsilçisinin eyni sayda üzvü “Qəbələ” (1:0) ilə görüşdə sarı vərəqə ilə cəzalandırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button