Türamın oğlu “Borussiya”da – RƏSMİ

Fransa millisinin və “Barselona”nın keçmiş futbolçusu Lilian Türamın oğlu Markus Türamın yeni klubu məlum olub.

Komanda.az xəbər verir ki, 22 yaşlı futbolçu Almaniyanın “Borussiya” (Münhenqladbax) klubuna transfer olunub.

Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Fransa təmsilçisi “Genqam”dan transfer olunan futbolçu ilə 4 illik müqavilə imzalanıb.

“Soşo”nun yetirməsi olan Markus, 2015-ci ildən bu klubun əsas komandasında oynamağa başlayıb. 2017-ci ildən isə o, “Genqam”ın uğurları üçün çalışırdı.

Qeyd edək ki, Lilianın kiçik oğlu Kefren Türam da Fransanın “Nitsa” klubunda forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button