Türamın 4 “elçi”si

Fransa millisinin hücumçusu Markus Türam “Borussiya”nı (Münhenqladbax) tərk edə bilər.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, keçmiş futbolçu Lilian Türamın oğlu olan 25 yaşlı hücumçu uğrunda “Arsenal”, “Yuventus”, “Tottenhem” və MLS klublarından “İnter Mayami” mübarizə aparır.

“Borussiya”nın yayda futbolçunu 10 milyon avroya satmağa hazır olduğu haqda məlumat yayılmışdı.

Markus Türam bu mövsüm Almaniya Bundesliqasında 15 oyuna çıxıb, 10 qol vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button