“Trabzonspor”dan Braziliya klubuna

Türkiyə çempionu “Trabzonspor” müdafiəçisi Vitor Hüqo ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, Braziliyadan olan 31 yaşlı mərkəz müdafiəçisi ölkəsinin “Bahiya” klubuna transfer olunub.

Braziliya klubu bu keçidə görə Super Liqa təmsilçisinə 1.8 milyon avro ödəyib.

Vitor Hüqo 2020-ci ildən formasını geyindiyi “Trabzonspor”da 99 oyuna çıxıb, 9 qol vurub. O, daha öncə “Santo Andre”, “Sport Resife”, “İtuano”, “Seara”, “Amerika Mineyro”, “Palmeyras”, “Fiorentina” kimi klubların da formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button