“Tottenhem”in futbolçusu Super Liqada?

“Tottenhem”dən ayrılması gözlənilən Denni Rouz yeni kluba keçməyə yaxındır.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər. “Trabzonspor” Rouzu heyətinə qatmağa yaxındır. “Tottenhem”dən ayrılacağı dəqiqləşən futbolçu Super Liqa klubuna keçməyə razılaşıb. Məlumata görə, “Trabzonspor” futbolçuya 3 illik müqavilə təklif edib.

2007-ci ildən “Tottenhem”də çıxış edən Rouzun klubla müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button