Premyer Liqanı A Seriyasına dəyişir

“Tottenhem”in futbolçusu Denni Rouz karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Cenoa” 30 yaşlı futbolçunun xidmətində maraqlıdır. Klubun futbolçu ilə ilkin müzakirələrə başladığı və danışıqların uğurlu davam etdiyi bildirilir.

2007-ci ildən “Tottenhem”in şərəfini qoruyan ingiltərəli müdafiəçinin müqaviləsi 2021-ci ilin yayında başa çatır.