Tomas Müllerdə koronavirus aşkarlandı

Futbol üzrə Almaniya millisinin və “Bayern”in hücumçusu Tomas Müller koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb.

33 yaşlı futbolçudan götürülmüş COVİD-19 testi pozitiv çıxıb. Bu üzdən evində karantinə alınan təcrübəli oyunçunun xəstəliyi simptomsuz keçirdiyi bildirilib. O, fevralın 26-da Bundesliqa çərçivəsində baş tutacaq “Ayntraxt”la oyunda komandasına kömək edə bilməyəcək.

Müller bu mövsüm Almaniya çempionatında meydana çıxdığı 23 qarşılaşmada 7 qola imza atıb.