
Tanınmış futbolçunun ABŞ macərası başa çatdı
ABŞ-nin MLS təmsilçisi “Minnesota”nın yarımmüdafiəçisi Xames Rodriges klubla yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı futbolçu cari ilin fevralından “Minnesota”nın formasını geyinirdi. O, MLS-də keçirdiyi 8 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Kolumbiyalı oyunçu Avropada “Real”, “Bayern”, “Monako” və “Portu” kimi klublardakı çıxışı ilə tanınıb. O, Kolumbiya millisinin heyətində 131 oyun keçirib və 31 qola imza atıb.
Rodriges 2026-cı il dünya çempionatında 5 matçda forma geyinmək şansı qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



