Super Liqanın yeni klubu baş məşqçisi ilə bağlı qərar verdi

Futbol üzrə Türkiyə 1-ci liqasında çempion olaraq Super Liqaya çıxan “Samsunspor” komanadasının baş məşqçisi Hüseyn Eroğlu klubla yeni müqaviləyə imza atıb.

Komanda.az xəbər verir ki, 50 yaşlı mütəxəssislə 3 illik yeni sözləşmə imzalanıb.

Eroğlu 2022-ci ilin sentyabrından rəhbərlik etdiyi bu komandanı bütövlükdə 31 oyuna çıxarıb. Komanda onun rəhbərliyi altında bu mövsüm Türkiyə 1-ci Liqasında çempion olub və Super Liqaya yüksəlib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button