Super Liqa klubundan bir transfer, bir yeni müqavilə

Türkiyənin “Antalyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi ABŞ-dan olan hücumçu Haci Raytı heyətinə qatıb.

23 yaşlı forvard Danimarkanın “Sonderyuske” klubundan satınalma şərti ilə bir illik icarəyə götürülüb. ABŞ-ın U-23 yığmasının da üzvü olan futbolçu, əvvəllər “Nyu York Kosmos”, “Şalke”, “Sandhauzen” və “Venlo” komandalarının da formasını geyinib.

“Antalyaspor” öz futbolçularından Fyodr Kudryaşovla da yeni müqavilə bağlayıb. Son ilyarımı məhz Antalya təmsilçisində keçirmiş 34 yaşlı sol cinah müdafiəçisi ilə 1+1 illik sözləşmə imzalanıb. Rusiyalı futbolçu Türkiyədə əvvəllər “Başakşəhər”in də formasını geyinib. O, karyerası ərzində “Soçi”, “Rubin”, “Rostov”, “Terek”, “Krasnodar”, “Spartak” (Moskva) kimi klubların da uğurları üçün çalışıb.