Super Liqa klubunda yeni baş məşqçi

Türkiyənin “Gənclərbirliyi” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, komandanı bundan sonra Mert Nobre çalışdıracaq.

Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb. Braziliya əsilli türkiyəli mütəxəssislə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Türkiyədə “Fənərbaxça”, “Beşiktaş”, “Ərzurumspor” klublarının formasını geyinmiş Mert Nobrenin son komandası məhz “Gənclərbirliyi” olub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button