Super Liqa klubunda yeni baş məşqçi

Türkiyənin “Alanyaspor” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Françesko Farioli çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bir neçə gün öncə “Fatih Karagümrük”lə yollarını ayıran italiyalı mütəxəssislə 2.5 illik müqavilə imzalanıb.

Alanya təmsilçisi bu mövsüm Super Liqa çərçivəsində keçirdiyi 19 oyunda 28 xal toplayıb və 20 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button