“Şalke”dən Dadaşovsuz qələbə

Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 34-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Bonner”lə qarşılaşıb. Rüfətin komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Rüfət bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Şalke 2” bu nəticədən sonra 38 xalla 20 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button