“Şalke”dən Dzeko qərarı

“Şalke” hücumçusu Edin Dzeko ilə bağlı qərarını verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, aşağı dəstədən Bundesliqaya yüksəlişi təmin edən “Şalke” 40 yaşlı forvardı komandada saxlamaq niyyətindədir.

Klub Dzeko ilə müqavilənin müddətini 2027-ci ilin yayına qədər uzatmağı planlaşdırır.

Bosniya və herseqovinalı hücumçu komandaya 2026-cı ilin yanvarında qoşulub. O, cari mövsümdə 6 oyunda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.

“Şalke” mövsümün bitməsinə iki tur qalmış turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisini 8 xal qabaqlayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button