Serbiya millisinin keçmiş hücumçusu “Sabah”da – rəsmi

“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, serbiyalı hücumçu Petar Şkuletiçlə iki illik müqavilə bağlanılıb.

31 yaşlı futbolçu karyerası ərzində Serbiyanın “Teleoptik” (2008/2009), “Voyvodina” (2011-2014), “Radniçki Niş” (2013), “Partizan” (2014-2015), Avstriyanın LASK (2009-2011), Monteneqronun “Zeta” (2011), Rusiyanın “Lokomotiv” (Moskva, 2015-2017), Türkiyənin “Gənclərbirliyi” (2017-2018), “Sivasspor” (2020) və Fransanın “Monpelye” (2018-2021) klublarında çıxış edib.

Petar Serbiya millisində 6 oyun keçirib, 1 qol vurub. Yeni transfer “Sabah”da 7 nömrəli formada çıxış edəcək.