Tunis yığması baş məşqçisiz qaldı

Tunis millisinin baş məşqçisi Erve Renar DÇ-2026-da qrup mərhələsində mübarizəni dayandırdıqdan sonra vəzifəsindən ayrıldığını açıqlayıb.

Komanda.az xəbər verir ki, fransalı mütəxəssis sosial şəbəkə hesabında paylaşdığı vida mesajında bunları deyib:

“Mənə DÇ-2026-da iştirak etmək imkanı verdiyinə görə federasiyaya təşəkkür edirəm. Tunis millisini çalışdırmaq və bu unudulmaz təcrübəni yaşamaq mənim üçün böyük şərəf idi. Komandaya gələcəkdə uğurlar arzulayıram. Mənim üçün bu macəra başa çatdı”.

Renar iyunun 16-da, Tunisin DÇ-2026-nın ilk turunda İsveçə 1:5 hesabı ilə məğlub olmasından sonra komandanın baş məşqçisi təyin edilmişdi. Yığma qrup mərhələsini keçə bilməyərək turnirlə vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button