“Neftçi” Marseldə çempion oldu

3×3 basketbol üzrə Dünya Qadın Seriyasında Marsel (Fransa) mərhələsinin görüşləri keçirilib.

Komanda.az xəbər verir ki, ölkəmizi bu mərhələdə təmsil edən “Neftçi” qrup lideri kimi 1/4 finala yüksəlib.

“Neftçi” 1/4 finalda Uqanda millisinə 18:15, yarımfinalda Fransa seçməsinə 14:10 hesabı ilə qalib gələrək, finala vəsiqə qazanıb. Finalda güclü Kanada yığması ilə üz-üzə gələn təmsilçimiz, gərgin mübarizənin yekununda 9:15 hesabı ilə qələbə qazanıb və Marsel mərhələsinin çempionu olub.

Turnirin ən dəyərli basketbolçusu (MVP) “Neftçi” klubunun və milli komandamızın üzvü Arika Karter seçilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button