“Kəpəz”in yoxlama oyunlarındakı rəqibləri bilindi

“Kəpəz”in yeni mövsümə hazırlıq çərçivəsində keçirəcəyi yoxlama matçlarının vaxtları açıqlanıb.

Komanda.az xəbər verir ki, Azər Məmmədovun rəhbərlik etdiyi komanda üç oyuna çıxacaq.

Gəncə təmsilçisi iyulun 14-də “Qəbələ”, iyulun 20-də “Şamaxı”, iyulun 26-da “Sumqayıt”la qarşılaşacaq.

“Qəbələ” və “Sumqayıt”a qarşı oyunlar Qəbələ şəhər stadionunda baş tutacaq.

“Şamaxı”ya qarşı keçiriləcək oyun isə Şamaxı keçiriləcək. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button