
“Futbol artıq daha çox robotlaşıb”
“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer müasir futbolda oyunçuların fərdi bacarıqlarını nümayiş etdirməsinin getdikcə çətinləşdiyini bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli oyunçu müasir futbolun həddindən artıq taktiki çərçivəyə salındığını düşünür:
“Bəli, futbol dəyişib. Artıq daha çox robotlaşıb. Futbolçular meydanda fərqli nəsə etməyə və ya sadəcə oyundan zövq almağa çalışanda, bu, rəqib məşqçinin, hətta öz məşqçinizin də xoşuna gəlməyə bilər.
Yadımdadır, “Mançester Siti”nin U-21 komandasında “Everton”a qarşı oynayırdıq. Hesab 4:0 idi. Mən küncdə “raduqa” fəndini (dabanla topu rəqibin başı üzərindən aşırmaq) sınadım. Topu itirmədim, amma yan xətdə dayanan Pep Qvardiola ertəsi gün buna görə məni danladı. Onların mövqeyini başa düşürəm. Amma digər tərəfdən, futbol elə belə fəndlərə görə sevilir”.
Bizi Facebook-da izləyin



