
“Kəpəz” belaruslu qapıçı ilə maraqlanır
“Kəpəz” yeni qapıçı axtarışındadır.
Komanda.az-ın əldə etdiyi məlumata görə, Gəncə klubu son mövsümü “İmişli”də keçirən Andrey Sinenka ilə maraqlanır. 29 yaşlı belaruslu qapıçı mövsüm bitəndən sonra İmişli klubundan ayrılıb. Bu isə onun “Kəpəz”ə keçidini asanlaşdıra bilər.
“Kəpəz” hələ ki, yay transfer dövrünün ən passiv klublarından biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



