Qurban Qurbanov İtaliyada jurnalistlərin qarşısına çıxacaq

“Napoli” və “Qarabağ” komandalarının baş məşqçilərinin Neapolda keçiriləcək UEFA Çempionlar Liqasının 5-ci tur matçından əvvəl mətbuat konfranslarının vaxtları açıqlanıb.

Komanda.az “Tutto Napoli”-yə istinadən xəbər verir ki, noyabrın 24-də, saat 15:30-da “Napoli”nin baş məşqçisi Antonio Kontenin Dieqo Armando Maradona stadionunda mətbuat konfransı keçiriləcək. İki saat sonra “Napoli” son məşqinə başlayacaq.

Qurban Qurbanov isə saat 22:00-da həmin arenada jurnalistlərlə görüşəcək və yarım saat sonra komandasını son məşqinə aparacaq.

Hər iki məşqin ilk 15 dəqiqəsi media üçün açıq olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button