Fatih Terimdən 0:3-ə şərh: “Qalatasaray”lılar bilməlidirlər ki…”

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim Super Liqanın 6-cı turunda “Kayserispor”a məğlub olduqları oyunu şərh edib.

Komanda.az xəbər verir ki, Terim, 0:3 hesabıyla bitən qarşılaşma ilə bağlı bunları deyib:

“Xal itirmək istəməzdik, amma bu, futboldur. Belə itkilərin mövsümün əvvəlində olması daha yaxşıdır. Biz “Qalayasaray”ıq, belə şeyləri çox görmüşük. Bu vəziyyətdən çıxmağı yaxşı bilirik.

“Qalatasaray”lılar bilməlidirlər ki, nəticə olmasa da, biz düz yoldayıq. Məyus olmağa ehtiyac yoxdur. Biz hər oyunçunun nə etmək istədiyini, necə olduğunu yaxşı bilirik. Narahat olmasınlar. Qarşıda vaxtımız var, bunları düzəldəcəyik”.

“Qalatasaray” Super Liqada 11-ci sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button