“Qalatasaray” yeni transferini rəsmən açıqladı

Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin “Brentford” klubunun hücumçusu Halil Dervişoğlunu icarəyə götürüb.

Bu barədə “sarı-qırmızılar”ın mətbuat xidməti məlumat yayıb. 22 yaşlı forvard mövsümün sonunadək “Qalatasaray”da çıxış edəcək.

Qeyd edək ki, Halil Dervişoğlu Rotterdam “Sparta”sının (Niderland) yetirməsidir. Hücumçu 2020-ci ildə “Brentford”a transfer edilsə də, yenidən Niderlanda qayıdıb və “Tvente”də icarədə oynayıb. Niderlandda dünyaya göz açmasına baxmayaraq, Dervişoğlu Türkiyənin U-19 və U-21 yığmalarında oynayıb.