“Beşiktaş”da növbəti ayrılıq

Türkiyənin “Beşiktaş” klubu müdafiəçisi Tayyip Talha Sanuçla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyəli futbolçu karyerasını Super Liqanın digər təmsilçisi “Rizəspor”da davam etdirəcək. İstanbul klubu yaydığı rəsmi açıqlamada tərəflər arasında transferlə bağlı razılıq əldə olunduğunu bildirib.

Qeyd edək ki, 26 yaşlı müdafiəçi yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button