“Qalatasaray” “Liverpul”un kapitanı üçün hərəkətə keçib

“Liverpul”un və Niderland millisinin kapitanı Vircil van Dayk karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi ilə “Qalatasaray” maraqlanır. İstanbul təmsilçisi yay transfer pəncərəsində onu heyətinə qatmaq üçün cəhd edəcək.

Van Dayk 2018-ci ilin yanvarından “Liverpul”un formasını geyinir. Onun müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.

Kapitan cari mövsümdə Premyer Liqada 35 oyuna çıxaraq, 4 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button