“Futbolçular Terim üçün oda tullanar”

“Qalatasaray” klubunun sabiq futbolçusu Nordin Amrabat maraqlı açıqlama ilə gündəmə gəlib.

Komanda.az xəbər verir ki, mərakeşli yarımmüdafiəçi, “sarı-qırmızılar”ın baş məşqçisi Fatih Terimə çox şey borclu olduğunu deyib:

“Terimə çox şey borcluyam. O, futbolçular üçün ata və yaxşı bir baş məşqçidir. Futbolçular onun üçün oda tullanar. Onunla problem yaşamağınız lazım deyil. Buna görə hər zaman oyunçularda bir qorxu olur. Terim yüksək səviyyəli məşqçilərdəndir”.

Amrabat 2012-2015-ci illərdə “Qalatasaray”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button