“PSJ-nin zəngin tarixi olmasa da…” – Ramos

PSJ-nin futbolçusu Serxio Ramos açıqlama verib.

Komanda.az xəbər verir ki, İspaniyanın “Marca” nəşrinə danışan Ramos, Paris klubunun hədəflərindən söz açıb:

“PSJ iştirak etdiyi bütün turnirləri qazanmaq istəyir. Klubun zəngin tarixi olmasa da, qurulmuş layihənin bənzəri yoxdur. Dünyanın ən yaxşı futbolçuları PSJ-yə gəlmək istəyir. Mənim üçün də əsas olan, meydana çıxanda hər zaman qələbə haqda düşünən bir komandanın olmasıdır”.

Ramos bu mövsüm PSJ ilə 5 oyunda 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button