PSJ-də daha iki futbolçu koronavirusa yoluxdu

Fransanın PSJ komandasında daha iki futbolçu koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu gün yarımmüdafiəçi Anxel Di Mariya və Yulian Drakslerdən götürülmüş COVİD-19 testlərinin nəticəsi pozitiv çıxıb. Bu üzdən də onlar karantinə alınıblar.

Daha öncə PSJ-də Canluici Donnarumma, Lionel Messi, Leyvin Kurzava, Xuan Bernat, Serxio Riko və Natan Bityumazalanın da koronavirusa yoluxduğu açıqlanmışdı. Onlardan Messi ilə Bernatın artıq sağaldığı və komanda ilə məşqlərə başladığı bildirilir.

PSJ Fransa çempionatının 20-ci turu çərçivəsində Lion “Olimpik”i ilə qarşılaşacaq. Bu oyun yanvarın 9-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button