Premyer Liqaya vəsiqə qazanan ilk komanda bəlli oldu

2023/24 mövsümü üçün İngiltərə Premyer Liqasına vəsiqə qazanan ilk komanda bəlli olub.

Komanda.az xəbər verir ki, hazırda Çempionşipdə mübarizə aparan “Bernli” yenidən elitaya vəsiqə qazanıb.

Vensan Kompaninin çalışdırdığı sözügedən komanda buna Çempionşipin 40-cı turunda səfərdə “Midlsbro”nu 2:1 hesabıyla məğlub etməklə nail olub. Bu qələbədən sonra xallarının sayını 87-yə çatdıran komanda sona 6 tur qalmış istəyinə çatıb. Hazırda “Bernli”ni ən yaxın izləyicisi “Şeffild Yunayted”dən 11, “Luton”dan isə 19 xal ayırır.

“Bernli” cəmi bir illik fasilədən sonra yenidən Premyer Liqada mübarizə aparacaq. Komanda ötən mövsüm Premyer Liqada 20 iştirakçı arasında 18-ci yeri tutaraq Çempionşipə düşmüşdü.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button