
“Tottenhem” və “Mançester Yunayted” almaniyalı futbolçu ilə maraqlanır
Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Feliks Nmeça İngiltərə Premyer Liqasına keçə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
25 yaşlı futbolçuya “Tottenhem” və “Mançester Yunayted” maraq göstərir. “Borussiya” Nmeçanı cari transfer pəncərəsində 60 milyon avrodan aşağı qiymətə buraxmayacaq.
Almaniyalı yarımmüdafiəçi 2023-cü ildə “Borussiya”ya keçib. Klub onun üçün “Volfsburq”a 30 milyon avro ödəyib.
Nmeça cari mövsümdə 28 oyunda meydana çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



