Poqba – “Yuventus” məsələsinə nöqtə qoyulacaq – bu gün

Fransalı yarımmüdafiəçi Pol Poqbanın “Yuventus”a keçidinin son təfərrüatları bu gün açıqlanacaq.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, tərəflərin müzakirə etməli olduğu yalnız bir mühüm məqam qalıb: müqavilənin uzadılma imkanı ilə dörd və ya üç il müddətinə imzalanması. Poqbanın tibbi müayinəsi iyulun 5-8-nə təyin edilib.

Fransalı futbolçu ötən mövsümün sonunda “Mançester Yunayted”dən ayrılıb.

Son mövsümdə Poqba “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 27 oyuna çıxıb, 1 qol vurub və 9 məhsuldar ötürmə edib.