Poçettino: “Mən çox məyus və üzgünəm”

PSJ-nin baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Real”a uduzduqdan (1:3) sonra açıqlama verib.

Komanda.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan argentinalı mütəxəssis, ilk qolun oyunun gedişini dəyişdiyini deyib:

“İlk qol oyunun gedişatını tamamilə dəyişdi. Bir saat ərzində biz “Real”dan daha yaxşı idik. Etiraf etməliyik ki, daha sonra səhvlər etməyə başladıq.

PSJ artıq bir neçə ildir ki, Çempionlar Liqasının arxasınca qaçır. Mən çox məyus və üzgünəm. Növbəti bir neçə həftə asan olmayacaq”.

PSJ iki oyunun nəticəsinə görə “Real”a uduzaraq, Çempionlar Liqası ilə vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button