“Neftçi” Fransada yarımfinala yüksəldi

“Neftçi”nin 3×3 basketbol komandası Fransanın Marsel şəhərində təşkil olunan Dünya Qadın Seriyasında bu gün növbəti matçını keçirib.

Komanda.az xəbər verir ki, komanda Uqanda yığması ilə üz-üzə gəlib.

Bakı vaxtı ilə saat 19:30-da start götürən qarşılaşma “Neftçi”nin qələbəsi ilə başa çatıb.

Yarımfinal oyunu saat 21:50-də keçiriləcək.

Bakı klubu ötən gün A qrupunda Macarıstan (19:18) və Slovakiya (21:14) millilərinə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button