
Qırğızıstan klubu 4-cü azərbaycanlı futbolçunu da heyətinə qatdı
Qırğızıstanın “Ozgon” klubu daha bir azərbaycanlı futbolçunu heyətinə qatıb.
Komanda.az xəbər verir ki, “Səbail”lə müqaviləsi başa çatan müdafiəçi Səbayıl Bağırov karyerasını Asiya təmsilçisində davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bununla da, “Ozgon”da çıxış edən azərbaycanlı futbolçuların sayı 4-ə yüksəlib. Hazırda Orxan Əliyev, Ramin Əhmədov və İldar Ələkbərov da Qırğızıstan klubunun formasını geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



