Palmer “Çelsi”yə keçir? – Baş məşqçinin xəbəri yoxdur

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino “Mançester Siti”nin yarımmüdafiəçisi Koul Palmerin kluba mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az “Fotmob”-a istinadən xəbər verir ki, o, məsələ ilə bağlı məlumatı olmadığını açıqlayıb:

“Heç bir məlumatım yoxdur. Bizimlə birgə çıxış etməyən futbolçular haqda danışa bilmərəm. Klub da bu barədə bizə məlumat verməyib. Heyətə başqa futbolçu cəlb edəcəyik? Bəlkə də, hə”.

Tərəflərin 21 yaşlı oyunçunun transferi ilə bağlı razılığa gəldiyi deyilirdi. Londonlular Palmer üçün ilkin olaraq 40 milyon funt-sterlinq, daha sonra isə 5 milyon funt-sterlinq dəyərində bonus ödəmə həyata keçirəcək.

Palmer “şəhərlilər”in yetirməsidir. O, Mançester təmsilçisinin heyətində 41 oyunda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button