Ozan oynadı, komandası 3-cü liqa klubu ilə bacarmadı

Türkiyənin “Girəsunspor” klubu növbəti mövsümə hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi sözügedən klub “Karbel Karakörpü” ilə qarşılaşıb.

1-ci liqa təmsilçisi 3-cü liqada mübarizə aparan sözügedən rəqibi ilə dueldən heç-heçəylə ayrılıb – 1:1.

Ozan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 64-cü dəqiqədə əvəzlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button