
“Nyukasl”ın müdafiəçisi “Arsenal”a keçə bilər
“Nyukasl”ın müdafiəçisi Tino Livramento karyerasını Londonda davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Arsenal” yay transfer dövründə müdafiəsini gücləndirməyi planlaşdırır və 23 yaşlı futbolçu diqqət mərkəzindədir.
London klubu ingiltərəli oyunçunu yaxından izləyir, ancaq “Nyukasl” onu yalnız çox yüksək təklif gələcəyi təqdirdə satmağa razıdır.
Livramento bu mövsüm bütün turnirlər üzrə 23 oyuna çıxıb və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



