“Neftçi”də 3 illik müqavilə – Rəsmi

“Neftçi” klubunun yetirməsi İbrahim Əliyev doğma komandasına qayıdıb.

Komanda.az xəbər verir ki, 20 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanıb. Bu barədə “ağ-qaralar”ın rəsmi saytı məlumat yayıb. Əliyev “Neftçi”də 55 nömrəli formanı geyinəcək.

“Neftçi”nin müxtəlif yaş qruplarından başqa, əsas və əvəzedici komandalarında oynamış İbrahim Əliyev indiyədək “Qarabağ” və “Sumqayıt”da da çıxış edib. Hücumçu son olaraq “Sumqayıt”ın əvəzedici komandasının formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button