
“Napoli” – “Qarabağ” matçına təyinatlar açıqlandı
UEFA Çempionlar Liqasının 5-ci turunun “Napoli” – “Qarabağ” matçına təyinatları açıqlayıb.
Komanda.az bu haqda qurumun saytına istinadən xəbər verir.
Oyunu Polşa Futbol Federasiyasından Şimon Marçinyak idərə edəcək. Ona həmyerliləri Adam Kupsik, Tomaş Listkeviç (laysmanlar), Voytsex Mlts (dördüncü hakim) kömək edəcəklər.
Niderlandlı Pol van Bukel matçın VAR, xorvatiyalı İvan Bebek isə AVAR hakimi təyin olunub.
Babek Çempionlar Liqasının 3-cü turunun “Atletik” – “Qarabağ” matçının (3:1) VAR hakimi olub.
Neapolda keçiriləcək “Napoli” – “Qarabağ” matçı noyabrın 25-də, saat 00:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



